QARAĞACI-MİRZƏCƏFƏRLİ-MOLLAGÜLLƏR AVTOMOBİL YOLU YENİDƏN QURULUR

Vətəndaşların rahat gediş-gəlişinin təmin olunması məqsədi ilə Bərdə rayonunda Qarağacı-Mirzəcəfərli-Mollagüllər avtomobil yolunun yenidən qurulmasına başlanılıb.Əvvəllər çınqıl örtüklü olan yolda xüsusən payız-qış aylarında istər avtonəqəliyyat vasitələrinin, istərsə də vətəndaşların hərəkətində bir sıra problemlər yaşanırdı. Amma yenidəqurma ilə bu çətinlik aradan qaldırılır.