QARABAĞ VƏ ŞƏRQİ ZƏNGƏZURUN TURİZM POTENSİALI

Qarabağ və ətraf rayonların turizm imkanlarından tam istifadə üç əsas amil təmin edildikdən sonra mümkün olacaq. Bütün ərazilərdə Təhlükəsisliyin təmini, infrastrukturun yaradılması, və əhalinin doğma yurd- yuvalarına qayıdışı. İşğaldan azad olunan ərazilərdə təhlükəsizlik tam təmin olunub, infrastruktur işləri də tam sürətlə aparılır. Bütün bunları nəzərə alsaq, tezliklə əzəli və əbədi torpaqlarımızın yüksək turizm potensialından istifadənin mümkün olacağını deyə bilərik. Artıq bu istiqamətdə ilkin addımlar da atılır.