QARABAĞ QAZİLƏRİ PREZİDENTİ TƏBRİK ETDİLƏR

İlham Əliyev seçicilərin böyük əksəriyyətinin səsini toplayaraq, növbəti dəfə Azərbaycan prezidenti seçildi. Fəaliyyəti dövründə Azərbaycanın sürətli inkişafı, ölkəmizin bölgənin

qüdrətli liderinə çevrilməsi istiqamətində misilsiz xidmətlər göstərmiş İlham Əliyev ən böyük arzusunu reallaşdıraraq Qarabağı 30 illik işğaldan azad etməklə, adını dünyanın hərb tarixinə Müzəffər Ali Baş Komandan kimi yazdırmağı bacardı. Azərbaycan dövlətinin və xalqının maraqlarını daim üstün tutan dövlət başçısını 5-ci dəfə prezident seçilməsi münasibətilə təbrik edənlər sırasında “Şəhid ailələrinə “Qayğı”cəmiyyəti”nin Quba rayon şöbəsinin sədri Zaur Gülməmmədov və Şimal Qaziləri də var. Ölkəmizin ərazi bütövlüyü uğrunda böyük şücaətlər sərgiləmiş qazilərimiz Qafqaz TV vasitəsilə Ali Baş Komandana yenidən prezident seçilməsi münasibətilə təbriklərini çatdırıblar.