QAN AZLIĞINI ÖZÜMÜZ MÜALİCƏ EDƏK

Bir çox insanlar halsızlıqdan, tez-tez baş ağrılarının olmasından şikayət edirlər. Bu cür halların yaşandığı insanlarda anemiya-yəni qan azlığı xəstəliyi var. Bəs xoşagəlməz bu halların qarşısını dərmanlarla yanaşı xalqa təbabəti üsulu ilə necə almaq olar?

Anemiyanın əsas səbəbi dəmir, B12 vitamini və ya fol turşusu çatışmazlığıdır. Xalq təbabətində bu halların aradan qaldırılması üçün bir sıra sınanmış vasitələrdən istifadə olunur. Bu vasitələrdən bir neçəsi ilə sizi yaxından tanış edək Bu çox tanınmış xalq təbabəti vasitəsidir. Qarışıq orqanizmə ümumimöhkəmləndirici təsir edir, qanın tərkibini yaxşılaşdırır, immuniteti möhkəmləndirir, qalxanvari vəzinin fəaliyyətinə müsbət təsir edir. Bunun üçün bizə Lazım olan məhsullar: yarım kq qarabaşaq,yarım kq qoz və yarım kq bal Qarabaşaq və qoz ləpələri yaxşı yuyulur və qurudulur. Qarabaşaq qəhvəuyüdəndə xırdalanır, qoz blenderdən keçirilir, bal əlavə olunur və yaxşı qarışdırılır. Qarışığı sərin quru yerdə saxlayın və gündə 3 dəfə 1 çay qaşığı olmaqla (uşaqlara 1/2 çay qaşığı) yeməkdən 30 dəqiqə əvvəl qəbul edin. 200 qr. kərə yağını qaynama dərəcəsinə qədər odda saxlayın, sonra bura 3-4 almanı ( simerinko, yaxud antonovka) rəndədən keçirib əlavə edin, 6 ədəd yumurtanın sarısı ilə 100 qr şəkərin qarışığına 100 qr. şokolad əlavə edib, hamısını qarışdırın. Soyuducuda saxlamaq şərti ilə gündə 3 dəfə 1x.q qəbul etmək lazımdır. Gündəlik qidamızda meyvə-tərəvəzdən bol-bol istifadə etməliyik ki, qanın tərkibi aşağı düşməsin. Çünki,meyvə şirələrində, tərəvəzlərdə olan vitaminlər qanın tərkibinin xeyli artmasına səbəb olur. Amma şirələrdən də düzgün istifadə etmək lazımdır ki, müsbət xeyirini görə biləsiniz. Orqanizmə kifayət qədər fol turşusu qəbul etmək üçün rasiona daha çox göyərti, yumurta, doşab, alma, dənli bitkilər daxil etmək lazımdır. Dəmir qəbul etmək üçün kəpəkli çörək, tərəvəz salatları, göyərti, qızıləhmədi alması, buğda, çuğundur, qarabaşaq və başqa qidalardan müntəzəm olaraq istifadə etmək lazımdır. Xatırladaq ki,Anemiya zamanı xəstədə ümumi halsızlıq, tez yorulma, zəiflik, ürəkkeçmə, rəngin avazıması, tənginəfəslik, başgicəllənmə, ürək döyüntülərinin artması, müvazinətin pozulması halları müşahidə olunur. Təəssüflər olsunki insanların bir çoxu sadaladığımız hallar baş verdiyi zaman kimlərdənsə eşitdiyi dərman pereparatlarından istifadə edir. Bu düzgün bir həll yolu deyil. Belə hallar müşahidə edilən zaman mütləq həkimə müraciət etmək lazımdır.