QAFQAZ TV – İZLƏYİCİLƏRİN GÖZÜ İLƏ

2017-ci ilin 9 avqustundan Qafqaz TV adı ilə müstəqil televiziya kimi fəaliyyətini davam etdirən televiziyamız, ötən müddət ərzində bir – birindən maraqlı verilişlər və yeniliklərlə tamaşaçıların görüşünı gəlir. Bu gün doğma kanalımız Qafqaz TV.Az, Livetv.Az, Yoda.Az saytlarında canlı olaraq yayımlanır. Youtube- da kanalın öz səfifəsi də mövcuddur. Bəs görəsən Quba şəhərində fəaliyyət göstərən və dünyaya məhz bu bölgədən internet vasitəsi ilə yayımlanan, yerli əhalinin dili ilə desək “doğma televiziya”ya bu gün tamaşaçı marağı nə dərəcədədir? Elə bu sualla da, Quba şəhərində yerləşən parklardan birində istirahət edən əhaliyə yaxınlaşıb, fikirlərini öyrəndik.