QAFQAZ TV SIRALARINA QATILMAQ ÜÇÜN DAHA BİR ŞANS

Axtarışlarımız hələ də davam edir. Ölkənin ilk biznes və turizm kanalı Qafqaz tv sıralarına qatılmaq üçün daha bir şans. Paytaxt və eləcədə digər rayonlardan televiziyaya axışan

20 –yə yaxın namizəd növbəti seçim turunda bu şansdan yararlandı. 13 oktyabr saat 11 :00 ..həm qafqaz tv əməkdaşları,həm də kastinq iştirakçıları həyacanla seçim turunun başladığı anı gözləyir. Televiziya Ən yaxın vaxtda Peykə çıxmağı hədəflədiyindən Qubadan bütün respublikaya daha sonra isə Qafqaz regionuna yayılmaq üçün texniki və yaradıcı gücünü artırmağa davam edir. Bu hədəfin parçası olmaq, güclü komandanın qurulduğu bir vaxtda üzvü olmaq sorağıyla bu dəfə 20-yə yaxın iştirakçı kastinqlərimizə qatıldı. Paytaxt, eləcədə digər rayonlardan yaşadığı,çalışdığı yeri mərkəz etmək düşüncəsinə sahib və yeniliklərə hər zaman hazır ,televiziya sahəsində olduqca maraqlı olan kastinq iştirakçıları sıralarımızda davam etmək şansı qazandı. Qafqaz tv əməkdaşı olmaq istəyənlərin nəzərinə “Qafqaz” tv –də baş tutan 3-cü müsahibədə televiziya jurnalisti, redaktor, qrafika və montaj mütəxəssisi, kameraman, səs rejissoru və reklam meneceri ixtisasları üzrə axtarışlarımız hələ də davam edir.. Əgər siz bu səfərki müsahibədə iştirak etməmisinizsə ,narahat olmağa dəyməz. Biz güclü komandanı yığanadək yenidən kastinqlərimiz keçirilməsi planlaşdırılır.