QAFQAZ TV-DƏ “TELEMÜHAZİRƏ” ADLI YENİ LAYİHƏYƏ START VERİLİB

Dünyanı cənginə alan koronavirus pandemiyasının ölkəmizdə geniş yayılmaması üçün tətbiq edilən karantin rejmi bütün təhsil müəssisələrinin bağlanmasına səbəb oldu.

Televiziyamızın yerləşdiyi Quba şəhərində fəaliyyət göstərən Azərbaycan Dövlət Pedagoji Universitetinin Quba filialı da bağlanan təhsil müəssisələri arasındadır. Belə olduğu halda Qafqaz TV rəhbərliyi televiziyanın maddi-texniki bazasının imkanlarından istifadə edilməklə ADPU-nun Quba filialında onlayın təhsil sisteminə keçilməsi haqqında layihə təklifi hazırlayaraq, bu ali təhsil müəssisəsinin rəhbərliyinə təqdim edib. Layihə çərçivəsində ADPU-nun Quba filialının bütün fakültələrini əhatə edən dərslərin mövzuları ixtisas müəllimləri tərəfindən geniş şəkildə izah edilir. Və tədris prosesi çəkilərək, Qazqaz TV efiri və youtube kanalı vasitəsi ilə yayımlanır. Tarix, Psixologiya, Metodika, Ədəbiyyat, İbtdai təhsilin kurrikuliumu və digər ixtisasları əhatə edən teledərslər ADPU-nun Quba filialının tələbələri ilə yanaşı, bu elmlərə həvəsi olan digər insanlar tərəfindən də izlənilərək böyük marağa səbəb olub. Layihənin karantin müddətində davam edəcəyi gözlənirlir.