QAFQAZ TELEVİZİYASINDAN GƏNCLƏRƏ DƏSTƏK

Qafqaz tv-də yaradıcı, işgüzar, öyrənməyi sevən gənclərlə görüş keçirildi. Görüş çərçivəsində Televeziyanın direktoru Eltən Törəçi televeziyanın  gənclərə  özəl 

qurduğu   yeni  yaradıcı  platformanı tanıtdı. Gənclərlə tanışlıqdan sonra yeni yaradılan yaradıcı platforma ilə bağlı bilgi verən Eltən Törəçi bu öyrəncədə özünü gəlişdirmək istəyən gənclərin danışıq və bədən dili bacarıqlarına yiyələnə bilmə imkanlarından, yaradıcı düşünməyin  karyerada necə uğur qazandıra biləcəyindən, media ilə tanışılığın onlara öz işlərini tanıtmaqda və işgüzar dostlar tapmaqda hansı üstünlük qazanacaqlarından, Qafqaz TV-də sertifikatlı təcrübə proqramı çərçivəsində öyrədilən biliklərin faydalarından və ən önəmlisi Qafqaz TV-nin yaradıcı gənclərə verəcəyi dəstəklərdən danışdı. Quba, Qusar, Şabran və Xaçmaz rayonlarından olan yaradıcı gənclər bölgədə ilk dəfə olaraq onlar üçün belə bir imkanların yaradıldığını bildirərək, bu platforma çərçivəsində özlərini inkişaf etdirmək və qarşılarına qoyduqları məqsədlərə, hədəflərə tez yetmək fürsəti qazanacaqlarına inandıqlarını bildirdilər.  Görüşün sonunda gəncləri maraqlandıran sorular cavablandırıldı. Onu da xatırladaq ki, Şimal bölgəsində çalışmağa başladığı gündən Qafqaz TV gənclərin  özlərini gəlişdirmələri istiqamətində müxtəlif təlimlər və təcrübə proqramları təşkil edib. Mayın 27-də yaradılan yeni yaradıcı platforma ilə bərabər Qafqaz TV artıq yeni 3 aylıq təcrübə proqramına başlayıb ki, bu təcrübə proqramını başa vuran gənclərin hər birinə sertifikatlar veriləcək.