QAFQAZ ALBANİYASINA AİD ABİDƏDƏ ARXEOLOJİ TƏDQİQATLAR APARILIB

AMEA-nın Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun Qafqaz Albaniyası xristian abidələrinin arxeoloji tədqiqi ekspedisiyasının rəhbəri, Antik dövr arxeologiyası şöbəsinin aparıcı elmi işçisi tarix üzrə fəlsəfə doktoru, dosent Natiq Alışovun rəhbərliyi ilə oktyabr-noyabr aylarında Balakən rayonunun Tülü kəndi ərazisindəki Qafqaz Albaniyasına məxsus xristian abidəsi ətrafında arxeoloji tədqiqat işləri aparılıb.