QADIN ŞAHMATÇIMIZ LİDERLİYƏ YÜKSƏLİB

Rumıniyanın Yassa şəhərində şahmat üzrə qadınlar arasında Avropa çempionatının beşinci turunun oyunları keçirilib. Azərbaycanın ən güclü qadın şahmatçısı Günay Məmmədzadə turnir cədvəlinin lideri rumıniyalı İrina Bulmaqa üzərində qələbə qazanaraq liderliyə yüksəlib.