QADIN BODİBİLDİNQÇİMİZ BÜRÜNC MEDAL QAZANIB

9-10-11 Dekabr, 2021-ci ildə Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində Dünya Fitness Çempionatı və Beynəlxalq Fitness Şousu çərçivəsində keçirilən “Gulf Classic Championship”yarışmasında Azərbaycanı Məryəm Əlizadəqərib təmsil edib. Yarışmada müxtəlif kateqoriyalar üzrə Rusiya, İran, Filippin, Cənubi Amerika, İtaliya, BƏƏ, Livan, Azərbaycan, və başqa ölkələrdən olan beynəlxalq səviyyəli idmançılar mübarizə aparıblar. Bu yarışmada Azərbaycanı təmsil edən Məryəm xanım, iki fərqli kateqoriyada yarışaraq“Senior Bikini” kateqoriyasında bürünc medala sahib olub.“Master Bikini” kateqoriyasında isə o, altıncı yerin mükafatçısı kimi çempionatı başa vurub.