QADAĞALAR ÖLKƏSİ - ŞİMALİ KOREYAYA SƏYAHƏT

İnsanlar zövqləri, arzuları və imkanları çərçivəsində dünya ölkələrinə səyahət edirlər. Amma bəzi ölkələr turistlərlə bağlı müxtəlif qadağalar tətbiq edir. Bu qadağaları bilmədən həmin ölkələrə səyahət etmək sizin üçün çətin gələ bilər.Belə ölkələrdən biri Şimali Koreyadır.

Əgər siz Şimali Koreyaya səyahət etməyi düşünürsüzsə o zaman bir çox məqamlara diqqət etməlisiz.Çünki, sözü gedən ölkə turistlər üçün bir sıra qəribə qadağalar tətbiq edib.Bura gələn hər bir şəxs mütləq şəkildə qadağalarla tanış olmalı və onlara əməl etməlidir.Turistlərin paytaxt Pxenyanda insanların və binaların çox yaxından şəklini çəkməsinə icazə verilmir. Burada həmçinin mobil əlaqə də qadağan edilib. Bu səbəbdən ölkəyə gələn turistlərə mobil telefonları təhvil vermək təklif olunur. Səyahət bitdikdən sonra isə telefonlar geri qaytarılır.Həmçinin ölkədə internet də yoxdur. Yalnız daxili əlaqə üçün “intranet” mövcuddur. Axşamlar şəhər demək olar ki, ümumiyyətlə işıqlandırılmır.Şəhər küçələrində reklam lövhələrinə rast gəlmək imkansızdır. Burada siz yalnız Koreya-Yaponiya birgə istehsalı olan avtomobillərin bir neçə reklam lövhəsini görə bilərsiz.Turistlərə adi məktəb və mağazalara da giriş qadağan olunub.Şimali Koreyda bilməli olduğunuz digər məqam isə yerli insanlarla quracağınız münasibətlərdir.Əcnəbilərin yerli xalq ilə münasibət qurması onlara şübhəli gəlir.Ölkəyə səfərlər zamanı xarici dil bilən nümayəndələr ilə gəzdiyiniz üçün yerli sakinlərlə əlaqə qurmaq ehtimalınız azdı. Bu xalqa turistlərlə ünsiyyət qurması və həmçinin də turistlərin onlara sual verməsi qadağandır. Əks halda böyük problemlərlə qarşılaşa bilərsiz.