PUTİN ƏLİYEVİN BÜTÜN TƏLƏBLƏRİNİ QƏBUL ETDİ!
Baxış sayı: 25
Rusiya AZAL-ın vurulan təyyarəsi ilə bağlı Azərbaycanın bütün tələblərini qəbul edib. Düşənbə görüşündə Əliyevlə görüşən Putin AZAL-ın təyyarəsinin vurlmasına görə başsağlığını bir daha çatdırdı və hadisə baş verdiyi vaxt üzr istədiyini xatırlatdı. AZAL-ın təyyarəsinin qəzaya uğraması ilə bağlı Rusiya belə faciəvi hallarda təzminat ödəmək üçün lazım olan hər şeyi edəcək. Bunu Rusiya Prezidenti Vladimir Putin Azərbaycan Prezidenti İlham Əliyevlə görüşündə deyib. Faktiki yeni dünya düzəni üzrə bölgəmizdə Azərbaycanın lokomotivliyi ilə çox ciddi bir proses gedir. Rusiya kimi nəhəng bir qonşunun da normal münasibətlər daxilində bu proseslərdə iştirakı ona və digər tərəflərə mühüm dividentlər qazandıra bilər. Bunun üçün isə təbii ki, Azərbaycanla ikitərəfli münasibətləri qaydasına salmağın vacibliyini Kreml rəhbərliyi fərq edib. Azərbaycan liderinin bu gedişatda da həm siyasi, həm şəxsi keyfiyyətlər baxımından necə müdrik bir şəxs olduğunu bir daha gördük.