PUTİN PAŞİNYANLA QARABAĞI MÜZAKİRƏ ETDİ

Rusiya Prezidenti Vladimir Putin Kremildə Ermənistanın Baş Naziri Nikol Paşinyanla Qarabağı müzakirə edib. Ölkənin KİV – nin yaydığı xəbərə görə tərəflər eyni zamanda iqtisadi məsələləri də müzakirə ediblər. Putin ölkələr arasında ticarətin intensivləşdiyini qeyd edib. Onu da bildirək ki, Paşinyan Moskvaya Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına üzv ölkələrin liderlərinin Sammitinə gəlib. Biz Qarabağ probleminin həllində birgə fəal işləməyə davam edirik. Üçtərəfli formatda Azərbaycandan olan tərəfdaşlarımızla birlikdə bir çox məsələlər var. Sizinlə görüşmək və bütün komplekslər haqqında danışmaq imkanını əldə etdiyimə görə şadam deyə, Putin əlavə edib.