PREZİDENTİN PEYVƏNDLƏ BAĞLI ÇAĞIRIŞI ÜST-DƏ STRATEGİYA KİMİ QƏBUL OLUNUB

Davam edən “peyvənd millətçiliyi” inkişaf etmiş və inkişaf etməkdə olan ölkələr arasında peyvəndlərə çıxışla bağlı dərinləşən qeyri-bərabərlik narahatlıq doğuraraq, xəstəlikdən əziyyət çəkən ölkələrin vaksinlərlə təminində ciddi problemlər yaradır.Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) 74-cü sessiyasında videoformatda çıxış edən dövlət başçısı,növbəti dəfə koronavirus pandemiyasına qarşı dünya dövlətlərinin birgə mübarizəsi və bu sahədə sıx əməkdaşlığın vacibliyini vurğulayıb.Azərbaycan Prezidenti beynəlxalq tribunada vaksinlərin dünya dövlətləri arasında ədalətli bölgüsünə və bu istiqamətdə qlobal həmrəyliyə ehtiyac olduğuna diqqət çəkib.Pandemiyayla mübarizədə nəinki regionda, eləcə də, dünyada öncül yerlərdə olan Azərbaycanda xəstəliyin əhaliyə mənfi təsirinin minimuma endirilməsi və vəziyyətin nəzarətdə saxlanılması yönündə praktiki tədbirləri də effektivliyi ilə diqqət çəkir. Həmçinin ölkəmizin əhalinin vaksinasiyasına görə dünyada öncüllər sırasında yer tutması da Azərbaycanın pandemiya ilə mübarizədə vaxtında atılmış addımı kimi qiymətləndirilir.Azərbaycan dünya ölkələri arasında müxtəlif beynəlxalq platformalardan istifadə edərək ədalətli peyvənd təminatı və həmrəy olaraq COVİD-lə mübarizəyə çağırış həyata keçirən ölkələrdəndir. Bu konteksdə, heç də təəccübləndirici deyil ki, Azərbaycan ÜST ilə əməkdaşlıq çərçivəsində pandemiya ilə mübarizədə 30-ya yaxın ölkəyə yardım göstərib.