PREZİDENT: SON 18 İL ƏRZİNDƏ HƏM TÜRKİYƏ, HƏM AZƏRBAYCAN TƏRƏFİNDƏN VAHİD SİYASƏT FORMALAŞDIRILIB

Biz bütün bu illər ərzində Türkiyə-Azərbaycan birliyini möhkəmləndirmək üçün çox böyük səylər göstərdik. Bilirsiniz, dünyada oxşar tarixə, mədəniyyətə, etnik köklərə malik olan ölkələr çoxdur. Bizim ətrafımızda elə ölkələr var ki, onların dili də bir-birinə bənzəyir, etnik kökləri də bir-birinə yaxındır. Amma baxın, görün, bu ölkələr arasında əlaqələr necədir? Bəziləri bir-birinə düşməndir. Yəni, ortaq tarix və ortaq etnik köklər hələ o demək deyil ki, ölkələr də qardaş ölkələr olsunlar, xalqlar da qardaş xalqlar olsunlar. Yəni, bu, böyük bir siyasətin təzahürüdür. Bu fikri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “CNN Türk” televiziya kanalına müsahibəsində bildirib.