PREZİDENT İLHAM ƏLİYEV TÜRKİYƏ NÜMAYƏNDƏ HEYƏTİNİ QƏBUL EDİB

Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Şamil Ayrım nümayəndə heyəti adından Prezident İlham Əliyevi və Azərbaycan xalqını tarixi Zəfər Günü münasibətilə təbrik etdi və ən xoş arzularını çatdırdı. Dövlətimizin başçısı təbrikə və xoş arzulara görə minnətdarlığını bildirdi. Görüşdə Vətən müharibəsində əldə etdiyimiz Qələbənin önəminə toxunularaq, bunun bütün türk dünyası tərəfindən böyük sevinc hissi ilə qarşılandığı bildirildi.