PREZİDENT İLHAM ƏLİYEV İSPANİYANIN EFE İNFORMASİYA AGENTLİYİNƏ MÜSAHİBƏ VERİB

Azərbaycan 15 il ərzində Avropa bazarında etibarlı neft təchizatçısıdır, indi isə təbii qazın etibarlı təchizatçısı kimi öz rolunu oynayır. Bizim təbii qazın qiyməti digər mənbələrdən daxil olan qazdan ucuzdur. Bu qaz yeni mənbədən gəlir. Cənub Qaz Dəhlizinin vacibliyi nəinki əlavə qaz həcmləri, o cümlədən alternativ mənbə olması ilə izah edilir. Bu, enerji təhlükəsizliyi məsələsidir. Prezident İlham Əliyev bu barədə İspaniyanın EFE informasiya agentliyinə müsahibəsində Avropaya təbii qaz ixracı ilə bağlı danışarkən bildirib.