PREZİDENT İLHAM ƏLİYEV FİNLANDİYANIN YENİ SƏFİRİNİN ETİMADNAMƏSİNİ QƏBUL EDİB

Prezidenti İlham Əliyev noyabrın 22-də Finlandiya Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri xanım Kirsti Narinenin etimadnaməsini qəbul edib. Səfir Kirsti Narine Finlandiya Prezidenti Sauli Niinistönün salamlarını dövlətimizin başçısına çatdırdı və etimadnaməsini Prezident İlham Əliyevə təqdim etdi. Azərbaycan Prezidenti Finlandiya Prezidentinin salamlarına görə minnətdarlığını bildirdi, onun da salamlarını Finlandiya dövlətinin başçısına çatdırmağı xahiş etdi.