PREZİDENT İLHAM ƏLİYEV CƏBRAYIL ŞƏHƏRİNDƏ YAŞAYIŞ MƏHƏLLƏSİNİN TƏMƏLİNİ QOYDU

Dövlət başçı Cəbrayıl şəhərində ilk çoxmənzilli yaşayış məhəlləsinin təməlqoyma mərasimində iştirak etdi. Bildirildi ki, 10,5 hektar ərazini əhatə edən yaşayış məhəlləsi mərhələli şəkildə tikilib istifadəyə veriləcək. İlk mərhələdə 5 bina tikiləcək və bura 200-ə yaxın ailə, yəni 654 sakin köçürüləcək. Məhəllədə 4, 5 və 6 mərtəbəli yaşayış, o cümlədən digər təyinatlı binalar olacaq.