PEYVƏND OLUNMAQ İSTƏYƏNLƏRİN DİQQƏTİNƏ

Koronavirusa qarşı peyvənd olunanların sayı artıb.Məsələn son sutkada vurulan vaksinlərin sayı 50 988-dir. Əvvəl isə bu rəqəm 20-30 min aralığında olurdu. Peyvənd olunmaq istəyənlərin sayının artması poliklinikaların qarşısında sıxlıqlarla müşahidə olunur. Əslində bu qədər insanın peyvənd olunmaq istəyi koronavirusla mübarizə çərçivəsində son dərəcə müsbət hal hesab olunur. Vətəndaşlar arasında hətta elektron qeydiyyat sisteminin donmasına dair müəyyən fikirlər də irəli sürülür. İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi bununla bağlı bildirdi ki, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin rəsmi internet səhifəsində yerləşdirilən “COVID-19 əleyhinə vaksinasiya üçün onlayn növbə elektron xidməti”nin fəaliyyətində heç bir problem yoxdur.02 iyun 2021-ci il tarixində 40 454 nəfər koronavirus xəstəliyi əleyhinə vaksinasiya üçün sözügedən elektron xidmət vasitəsilə müxtəlif tarixlərə onlayn qaydada növbə götürüb.Bir daha vətəndaşların nəzərinə çatdırırıq ki, koronavirus xəstəliyi əleyhinə vaksinasiya üçün https://randevu.its.gov.az/ saytına daxil olaraq “COVID-19 vaksin randevu” elektron xidmətindən istifadə etməklə onlayn qaydada növbə götürsünlər. Randevu sistemi hər bir tibb müəssisəsinin imkanlarını nəzərə alaraq növbə götürülməsini tənzimləyir