PEDAQOQ ALİM ƏNVƏR ABBASOVLA GÖRÜŞ KEÇİRİLİB

ADPU Quba filialında Təhsil İnstitutunun direktor müavini, əməkdar müəllim, dosent Ənvər Abbasovla görüş keçirilib. Görüş Ə. Abbasovun pedaqogika ixtisası üzrə peşəkar kadr hazırlığı istiqamətində gördüyü işlər və 70 illik yubileyi münasibətilə fəxri fərmanla təltif edilməsinə həsr olunub. Görüşdə Pedaqoji elmlər doktoru, professor, əməkdar elm xadimi Fərrux Rüstəmov və Qafqaz TV baş direktoru Eltən Qədimbəyli də iştirak edib.Filialın direktoru dosent Yusif Alıyev qonaqları salamladıqdan sonra ADPU-in Quba filalı haqqında bilgi verib. Təhsil İnstitutu ilə ADPU Quba filialı arasında gələcək pedaqoji əməkdaşlıq imkanlarından söz açıb. Filialdakı Doktorant və Gənc Tədqiqatçılar Şurasının (DGTŞ) fəaliyyətini diqqətə çatdırıb. Şuranın üzvü olan 19 doktorantın səmərəli, məhsuldar elmi fəaliyyəti barədə məlumat verib. Daha sonra qonaqlar filialda yeni yaradılan Heydər Əliyev məktəb-lektoriyası ilə tanış olublar.Daha sonra Y. Alıyev filialın yaradılma tarixi, 30 illik yubileyinin keçirilməsi ilə bağlı gələcək planlardan söz açıb. Ə. Abbasovu 70 yaşının tamam olması münasibətilə təbrik edib. Elmi şuranın qərarı ilə hazırlanan fəxri fərman Ə. Abbasova təqdim olunub.Dosent Ənvər Abbasov səmimi təltifə görə, filialın direktoru və kollektivinə təşəkkürünü bildirib.Pedaqoji elmlər doktoru, professor, əməkdar elm xadimi Fərrux Rüstəmov isə çıxışında ADPU Naxçıvan filialının 3 nəfər heyətlə yaradılması, 4 il ərzində 2 akademik, 2 müxbir üzv, 6 elmlər namizədi və professor yetişdirməsi, ölkədə pedaqoji kadrlar hazırlayan ali təhsil müəssisələrinin əsasının qoyulmasından danışıb. Bildirib ki, ADPU Quba filialının bölgəyə fərqli yanaşma gətirilməsi xüsusilə vurğulanmalıdır. Dos. Y. Alıyev səmimi və məzmunlu çıxışa görə hər iki pedaqoqa təşəkkürünü bildirib. Gələcək pedaqoji əməkdaşlıqdan şad olduğunu deyib. Daha sonra Ə. Abbasov və F. Rüstəmov filialın Akt zalı, Heydər Əliyev lektoriyası və digər auditoriyaları ilə tanış olublar.