PEDAQOGİKA NƏDİR?

Pedaqogika elmi 17-ci əsrdə elmi cəhətdən əsaslandırılan bir elmi istiqamət olub, sonrakə dövlərdə inkişaf etdirilərək elmlər sistemində öz layiqli yerini tutub. Beləki, «Pedaqogika» sözü iki yunan sözündən əmələ gəlib, hərfi mənası «uşaq ötürən» deməkdir. Beləliklə pedaqogika tərbiyə haqqında elm anlamını verir. Pedaqogikanın mövzusu təkcə uşaqların tərbiyəsi ilə məhdudlaşmır; o, ümumilikdə insan tərbiyəsi məsələlərini öyrənir.Hər bir elmdə olduğu kimi, pedaqogikanın da özünəməxsus anlayışlar sistemi vardır. Buraya pedaqoji proses, tərbiyə, özünütərbiyə, yenidəntərbiyə, təhsil, təlim, şəxsiyyətin inkişafı və s. anlayışlar daxildir. Azərbaycanda 1920-ci ildən sonra digər elm sahələri iləyanaşı pedqogika elmi də sürətlə inkişaf edib. Pedaqoji elmlər doktoru, professor, Fərrux Rüstəmov deyir ki, 1936-cı ilə kimi Azərbaycanda pedaqogika elmi olub. Bu elm insanı, şagirdi kompleks şəkildə öyrənib Sovet alimlərinin təhsili deyil tərbiyəni önə çəkməsinin mənfi cəhərlərindən danışan professor Fərrux Rüstəmovun çağdaş tədqiqatçılar, bilim adamları anlamalıdrlar ki, hamıya hər bacarığı öyrətmək gərəkmir. Hamının eyni bacarıqlara sahib olması gərəkli deyil. Pedaqogikanın da əsas sorunlarından biri çağdaş məktəbdən, çağdaş toplumdan geri qalmasıdır. Pedaqoji elmlər doktoru, professor Fərrux Rüstəmov onu da bildir ki, hazırda toplumda daha çox insanlar arasında ünsiyyətə ejtiyac var, toplum sanki ünsiyyət korluğu yaşayır. Ünsiyyət mədəniyyətinə yiyələnmək də ən böyük bacarıqlardan biridir ki, məktəblərdə müəllimlər buna özəlliklə fikir verməlidirlər.