PAŞİNYAN İSTEFA VERƏCƏK ?

Ermənistan Hökumət Aparatı Baş Nazir Nikol Paşinyanın istefa verəcəyinə dair yayılan məlumatlara münasibət bildirib. Aparat rəhbərinin müavini Taron Çaxoyan bu xəbərləri təkzib edib. O, qeyd edib ki, Baş Nazirin istefası ilə bağlı şaiyə yayanlar qulaqlarının ardını görərlər. Taron Çaxoyanın sözlərinə görə Ermənistan vətəndaşları öz seçimlərini bir il əvvəl ediblər. Hər il Baş Nazirin istefasını və növbədən kənar seçkilərin keçirilməsini tələb etmək absurddur deyə hökumət nümayəndəsi bildirib.