PAŞİNYAN, KÖÇARYAN VƏ SARKİSYANI İFŞA ETDİ
	
		
		
		
		
				
		
	
						
	
		
		
					
	
	
	Baxış sayı: 856
			
	
        
		
			
		
		
	
	
		Nikol Paşinyanın Qarabağ məsələsinə digər ermənilərdən daha konstruktiv yanaşması bir müddətdir müxalifətin ona qarşı mitinqlər başlatmasına səbəb  olmuşdur. Sadə ermənilərin fəlakətinə yol açan bu düşüncəyə sahib, bir qrup daha dəqiq desək Köçaryan, Sarkisyan cütlüyü baş naziri satqınlıqda ittiham edirdi. Lakin Paşinyan ötən gün Parlamentdə çıxışı zamanı bütün reallıqları etiraf edərək, bu cütlüyü ifşa etdi. Bildirdi ki, Azərbaycanın Beynəlxalq hüquq çərçivəsində tanınan sərhədlərini vaxtilə elə  Köçaryan və Sarkisyan da təsdiqləyib. Qarabağın Azərbaycana məxsus olması reallığını inkar etmiyiblər.Ekspertlərin fikrincə ermənilər qəbul etsələr də, etməsələr də Azərbaycanın istəklərinə boyun əyməkdən başqa yolları yoxdur.
    
        
                    
            
	
	
				
				
		
	
	
				