PAYIZ TURİZMİ BAŞLAYIR

Payız mövsümündə tətilə çıxmağın üstün cəhətləri çoxdur. Birincisi və ən önəmlisi, payızın gəlişi ilə tətil bölgələrində, hotellərdə bir sakitlik başlanır. Bir tətilin vazkeçilməzləri olan gəzinti, üzmə və kitab oxumaq daha xoş bir hala gəlir. Hoteldə yemək və çimərlik kreslosu növbəsinə girməkdən bezənlər üçün payız tətili çox gözəl bir seçim olur. Yayda yer tapa bilmədiyiniz, rezervasiya belə etməkdə çətinlik çəkəcəyiniz məkanlara payızda rahatlıqla gedə bilirsiniz. Bu, xüsusən də şimal bölgəsində istirahət etmək istəyənlər üçün keçərlidir.