PARİSDƏ AZƏRBAYCANIN “ASSOSİASİYALAR FORUMU” TƏMSİL OLUNUB

Ənənəvi “Assosiasiyalar forumu” adlı mədəniyyət tədbiri Parisin 15-ci rayonunun meriyasının qarşısında təşkil olunub. Meriyanın qarşısındakı meydanda müxtəlif sahələrdə fəaliyyət göstərən assosiasiyaların fəaliyyətini əks etdirən 250-ə qədər stend qurulub. Ziyarətçilərə assosiasiyalar haqqında məlumat verilərək, onların illik proqramları təqdim edilib. Ölkəmizi təmsil edən Fransa-Azərbaycan Dialoqu Assosiasiyasının stendində Heydər Əliyev Fondu tərəfindən fransız dilində nəşr edilmiş Azərbaycan tarixi və mədəniyyətinə dair kitablar, mədəniyyətimizi əks etdirən milli əşyalar, geyimlər, xalça nümunələri eləcə də milli şirniyyatlarımız təqdim olunub.