PANDEMİYANIN MƏDƏNİYYƏT SAHƏSİNƏ TƏSİRİ

- İqtisadiyyatın inkişafında xüsusi rola malik mədəniyyət və yaradıcı sahələr turizmlə yanaşı pandemiya dövründə ən çox zərər çəkən sahələrdən hesab olunur. Məkan üzrə fəaliyyət göstərən sektorlar yəni Səhnə sənətləri, canlı musiqi, festivallar, kinoteatr və digər sahələr sosial məsafə tədbirləri zamanı ən ağır zərbəni alıblar.