PAMİDORUN QİYMƏTİ KƏSKİN BAHALAŞIB

Son zamanlar ölkəmizdə kənd təsərrüfatı mallarının qiymətlərində artım müşahidə olunur. Xüsusilə pomidorun qiymətində kəskin bahalaşma var. Topdan satış qiyməti 3 manat olan bu məhsulun pərakəndə satişi 3-4 manat arasında dəyişir. Amma yaxın vaxtlarda bu qiymətlərin ucuzlaşacağı gözlənilir. Çünki Rusiyanin Baytarlıq və Fitosanitar Nəzarəti üzrə Federal Xidmətinin geri qaytardığı 432 ton yerli məhsulun daxili bazarda satılacağı proqnozlaşdırılır.