PAMBIĞIN ALIŞ QİYMƏTİ ARTIRILDI

Fermerlərin maddi rifah halının yaxşılaşdırılması Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin daim diqqət mərkəzindədir. Prezidentin tapşırıq və tövsiyələrinə əsasən, pambıqçılığın dəstələnməsi istiqamətində daha bir addım atılıb.Bunu Qafqaz TV-ə açıqlamasında Kənd Təsərrüfatı nazirliyinin sözçüsü Vüqar Hüseynov bildirdi və qeyd etdiki pambıq istehsalı və emalı ilə məşğul olan şirkətlər məhsul yığımı ərəfəsində pambığın alış qiymətinin artırılması barədə qərar qəbul ediblər və pambığın alış qiyməti 50 manat artırılıb.