OXÇULAR GEC XƏTƏLƏNİR, TEZ SAĞALIR

Övladının sağlam böyüməsinin görmək hər bir valideyinin ən öndə gedən arzularındandır. Böyüdükdən sonra hansı ixtisasa yiyələnəciyi isə artıq sonrakı məsələdir. Bəzən ana-atalar elə düşünür ki, uşaq əgər hansısa idmanla məşğul olursa o demək sağlam böyüyəcək. Hər idman növü ilə hər yaşda məşğul olmaq olarmı? Valideynlərin övladlarının idmanla məşğul olmasını istəyirlərsə nələri bilməlidirlər? Ali dərəcəli həkim tanınmış vertebroloq İradə Hacıyevanın sözlərinə görə uşaq yaşlarından düzgün seçilməyən idman növü fiziki inkişafa mənfi təsir göstərir.Uşaq orqanizminin inkişaf mərhələsində fiziki inkişaf üçün gərəkli olan bədən hərəkətlərindən danışan tanınan vertebroloq bildirdi ki, üzgüçülük, gələnəsəl rəqslərimizlə məşğul olmaq daha yaxşı təsir göstərir.Gələnəksəl rəqslərimiz kimi, gələnəksəl türk oxçuluğu da düzgün fiziki inkişafa dəstək verən idman növüdür. Oxçuluq idmanı ilə məşğul olan insan öz bədəninə hakim olmağı və necə işlətmək lazım olduğunu öyrənir. Bundan başqa düzgün nəfəs almanı təmin edir; düzgün nəfəs alarkən beyin daha çox oksigen qəbul edir ki, bu da beynin daha yaxşı çalışmasına səbəb olur. Mütəxəxsislərin fikrincə oxçuluq idmanı vücud üçün önəmli olan Böyümə Hormonunun düzənli istifadəsinə və bu hormonun aktivləşməsi ilə hərəkətə keçən bir çox hormanın da istifadə edilərək vücudun sağlıqlı işləməsinə yardımçı olur. Oynaqların və vətərlərin, çiyin, bel və ayaq əzələlərinin möhkəmlənməsini təmin edir. Əl-ayağın dəqiq və düzgün işlədilə bilməsini təmin edir.Günümüzdə müxtəlif xəstəliklərdən qorunmaq üçün orqanizm güclüəndirilmiş immun sisteminə gərək duyur. Oxçuluq idman növü immun sistemi gücləndirir. Doğal olaraq isə gücləndirilmiş immun sistemi olan insanlar çətin xəstələnir, tez sağalır və hər bir şəraitə dayanıqlıdırlar. Beləcə övladını sağlıqlı görmək istəyən hər kəs oxçuluğu övladının əyləncəli idman vərdişinə çevirə bilər.