ORXAN BƏDƏLOV: DÜNYA TURİZMİ KRİZİS DÖVRÜNÜ YAŞAYIR

Hazırda bütün dünyada gündəm olan və kiçikdən böyüyə hər kəsi narahat edən koronavirus bir çox ölkələri öz ağuşuna almaqda davam edir. Qeyd olunan ölümcül virus həmçinin ölkələrin turizminə də mənfi təsir göstərir.

Məsələyə münasibət bildirən Azərbaycan Turizm Agentlikləri Assosiasiyasının mətbuat katibi Orxan Bədəlov sözü gedən virusla bağlı Turizm şirkətlərinə tövsiyyələrin verildiyini və bu istiqamətdə ölkəmizdə də bir sıra işlərin aparıldığını diqqətə çatdırıb.