ORDUMUZUN ERMƏNİ MÖVQELƏRİNİ DARMADAĞIN ETMƏSİNİN GÖRÜNTÜLƏRİ
	
		
		
		
		
				
		
	
						
	
		
		
					
	
	
	Baxış sayı: 672
			
	
        
		
			
		
		
	
	
		Sərhədin Kəlbəcər, Laçın və Daşkəsən istiqamətində baş verən  hərbi toqquşmada Azərbaycan Ordusu təxribatlara cavab olaraq Ermənistan mövqelərinə, qoşunların və silahların cəmləşdiyi ərazilərə zərbələr endirib. Döyüş mövqeləri, yerüstü sığınacaqlarla yanaşı, Ermənistanın sərhədə yerləşdirdiyi S-300 hava hücumundan müdafiə kompleksləri də məhv edilib. Qeyd edək ki, Ermənistan silahlı qüvvələrinin Basarkeçər, İstisu, Qarakilsə və Gorus yaşayış məntəqələri istiqamətində yerləşən bölmələri tərəfindən Azərbaycan Ordusunun Daşkəsən, Kəlbəcər və Laçın rayonları ərazisindəki bəzi mövqeləri, sığınacaqlar və dayaq məntəqələri müxtəlif çaplı silahlar, o cümlədən minaatanlardan intensiv atəşə tutulub. Nəticədə şəxsi heyət arasında itkilər var, hərbi infrastruktura ziyan dəyib. Ermənistan silahlı qüvvələrinin atəş nöqtələrinin susdurulması və döyüş toqquşmasının miqyasının genişlənməsinin qarşısının alınması məqsədilə zəruri tədbirlər görülüb. Təxribat əməliyyatlarına cəlb olunmuş Ermənistan silahlı qüvvələrinin 200-ə yaxın canlı qüvvəsi və döyüş texnikaları məhv edilib.
    
        
                    
            
	
	
				
				
		
	
	
				