ORDUMUZ LAÇINA DAXİL OLDU
	
		
		
		
		
				
		
	
						
	
		
		
					
	
	
	Baxış sayı: 754
			
	
        
		
			
		
		
	
	
		“Bu gün, avqustun 26-da biz – azərbaycanlılar  Laçın şəhərinə qayıtmışıq”.
Bu sözlər Azərbaycan Prezidenti İlham Əliyevin “Twitter” hesabındakı paylaşımında qeyd olunub. 
“Azərbaycan Ordusu Laçın şəhərinə yerləşdi. Zabux və Sus kəndləri nəzarətə götürüldü. Bütün laçınlıları və Azərbaycan xalqını bu münasibətlə təbrik edirəm. Yaşasın Laçın! Yaşasın Azərbaycan!” - deyə, dövlət başçısı qeyd edib.
    
        
                    
            
	
	
				
				
		
	
	
				