OMAN SULTANLIĞINDA “QARABAĞ ŞİKƏSTƏSİ”NİN FORTEPİANO KOMPOZİSİYASI TƏQDİM EDİLİB

Azərbaycan Diasporuna Dəstək Fondunun maliyyə yardımı ilə Oman Sultanlığında yaşayan həmvətənimiz, Sultan Qabus Universitetinin dosenti Vüsalə Əmirbəyovanın ifasında şanlı Qələbəmiz münasibətilə “Qarabağ şikəstəsi”nin fortepiano kompozisiyası ictimaiyyətə təqdim edilib.