OKTYABRIN 5-İ BEYNƏLXALQ MÜƏLLİMLƏR GÜNÜDÜR

Bir xalqın, millətin formalaşmasının əsas mənbəyi elm və təhsildirsə, elmin inkişaf etdirilməsinin, müxtəlif istiqamətlərdə və peşələrdə xalqa layiqli vətəndaşlar yetişdirilməsində əldə olunan nailiyyətlərin mənbəyi isə məhz müəllimdir. Müəllimin verdiyi bilik sayəsində cəmiyyətdə təhsil, təhsildən isə inkişaf doğulmuşdur. Azərbaycan xalqının təfəkküründə müəllim adı hər zaman ziyalılıq və mənəvi saflıq rəmzi olmuş, bu şərəfli peşə sahiblərinin əməyi həmişə yüksək qiymətləndirilmişdir. Biz də Qafqaz TV olaraq bu gün münasibətilə, Gələcəyin müəllimlərini yetişdirən ADPU – Quba filialında olduq.