NƏQLİYYATIN HƏRƏKƏT MƏHDUDİYYƏTİ 3 ZONADA TƏTBİQ OLUNACAQ
	
		
		
		
		
				
		
	
						
	
		
		
					
	
	
	Baxış sayı: 734
			
	
        
		
			
		
		
	
	
		İyunun 6-da gecə saat 01:00-dan etibarən "Formula 1" üzrə Azərbaycan Qran-prisi ilə bağlı Bakı Şəhər Halqasının əhatə  etdiyi prospekt və küçələrdə nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq.
Bakıda bır neçə mərkəzi  küçədə avtomobillərin hərəkəti dayandırılacaq. Belə ki,  Formula 1 Azərbaycan  Qran  Prisi üzrə aparılan işlər və qarşıdakı günlərdə yarışın keçirilməsi  paytaxtın mərkəzi ərazisindəki yollarda hərəkətin məhdudlaşdırılması və istiqamətlərin dəyişdirilməsini zəruri edir.  Hazırda  nəzərdə tutulan zolaqların daralması, parklanma imkanlarının isə  tam məhdudlaşması BAKI – Salyan yolu istiqamətində ciddi yükləmələrə səbəb  olur. 
Qran-pri müddətində piyadaların hərəkətinə heç bir məhdudiyyət qoyulmayacaq. Yarış həftəsi ərzində şəhər sakinlərinin maneəsiz hərəkətini təmin etmək üçün yarış halqası ərazisində daimi yeraltı keçidlər gün boyu açıq olacaq. Qeyd edək ki,  Formula 1 Azərbaycan Qran Prisi  10-12 iyun tarixlərində keçiriləcək.
    
        
                    
            
	
	
				
				
		
	
	
				