NƏQLİYYAT VASİTƏLƏRİNİN TEXNİKİ MÜAYİNƏ MƏRKƏZLƏRİ QURBAN BAYRAMINDA FASİLƏSİZ İŞLƏYƏCƏKLƏR
	
		
		
		
		
				
		
	
						
	
		
		
					
	
	
	Baxış sayı: 1349
			
	
        
		
			
		
		
	
	
		Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsindən daxil olan müraciətdə nəqliyyat vasitələrinin texniki  baxışdan keçmə müddətinin bitməsi ilə bağlı SMS məlumat almış şəxslərin istifadələrində olan avtomobillərini texniki baxışdan keçirməli olduqları diqqətə çatdırılıb. Bildirilib ki, bunun üçün Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu ərazisində yaşayan sakinlər paytaxtın Sabunçu rayonunda yerləşən Baş Dövlət Yol Polisi İdarəsinin Texniki Müayinə Mərkəzində, Lökbatan dairəsindən Yeni Yasamal yaşayış massivinə gedən yolun üzərindəki Müayinə Mərkəzində nəqliyyat vasitələrini texniki baxışa təqdim etməlidirlər. Respublikanın digər şəhər və rayonlarının sakinləri isə yaşadıqları ərazinin aid olduğu Baş İdarənin Regional qeydiyyat-imtahan və texniki baxış şöbələrində avtomobillərini texniki baxışdan keçirə bilərlər.
    
        
                    
            
	
	
				
				
		
	
	
				