NƏQLİYYAT, RABİTƏ VƏ YÜKSƏK TEXNOLOGİYALAR NAZİRLİYİ BAYRAM GÜNLƏRİNDƏ ÇALIŞACAQ ?

Bayram ərəfəsində və bayram günlərində sabit telefonların fasiləsiz işinin təmin edilməsi məqsədilə rabitə xidmətləri borclarına və digər səbəblərə görə telefonların şəbəkədən açılmaması, eləcə də daxil olan müraciətlərə həssaslıqla yanaşılaraq operativ tədbirlər görüləcək. Bayram günlərində məsul növbətçilər təyin edilməklə telekommunikasiya xidmətlərinin, radio-televiziya yayımının fasiləsiz və keyfiyyətli işinin təmin edilməsi, kabel və xətt zədələnmələrinin operativ aradan qaldırılması, poçt şöbələrində növbəli iş rejiminin təşkili, profilaktik, tikinti-quraşdırma işlərinin dayandırılması, rabitə obyektlərinin mühafizəsinin gücləndirilməsi üzrə müvafiq tədbirlərin görülməsi təmin olunacaq. Regionlara gedəcək sərnişinlərin sayının çox olması nəzərə alınaraq, Bakı Beynəlxalq Avtovağzal Kompleksində ehtiyat avtobuslar reyslərə cəlb ediləcək.