NƏ ÜÇÜN 3-CÜ DOZA VAKSİN VACİBDİR?

Hər il vaksinlər 2-3 milyon nəfərin həyatını xilas edir. COVID-19 xəstəliyinə qarşı təhlükəsiz və səmərəli vaksinlərin işlənib hazırlanması pandemiyaya son qoymaq və yaxınlarımızla birlikdə zövq aldığımız işlərin çoxu ilə məşğul olmağa qayıtmaq üçün qlobal səylərimizdə irəliyə doğru atılmış böyük bir addımdır. Onu da xatırladaq ki, havaların soyuması səbəbindən mövsümi xəstəliklərin çoxalması immun sistemimizin zəifləməsinə gətirib çıxarır. Bu da, koronavirusa qarşı immun sisteminin müqavimətini gücləndirməyi zəruri edir.