NORVEÇDƏ AZƏRBAYCAN MİLLİ GEYİMLƏRİ NÜMAYİŞ OLUNUB
	
		
		
		
		
				
		
	
						
	
		
		
					
	
	
	Baxış sayı: 853
			
	
        
		
			
		
		
	
	
		Osloda “Şuşa İli” çərçivəsində 28 May – Azərbaycanın Müstəqillik Gününə həsr olunan tədbir keçirilib. Mərasimdə Azərbaycan Milli Geyim  Mərkəzinin rəhbəri, modelyer-dizayner Gülnarə Xəlilovanın, qadın geyim kolleksiyalarının nümayişi də keçirilib. Azərbaycanın milli qədim geyim stili, qədim naxışlar, milli atributlar, Xarı Bülbül gülü və bütövlükdə Qarabağ regionunun geyim ənənələrinin əks olunduğu kolleksiya izlənlərin marağına səbəb olub. Mərasimdə Xalq şairi Baba Vəziroğlu çıxış edərək Qarabağa həsr etdiyi şeirini oxuyub. Ardınca, Norveçdə fəaliyyət göstərən “Alaturka” Türk qadın xoru, Azərbaycan milli və bəstəkar mahnılarını ifa edib.
    
        
                    
            
	
	
				
				
		
	
	
				