NİZAMİ GƏNCƏVİNİN ƏSƏRLƏRİ QAZAX DİLİNƏ TƏRCÜMƏ OLUNUB

Nur-Sultanda Beynəlxalq Türk Akademiyası Nizami Gəncəvinin anadan olmasının 880 illiyi, Əlişir Nəvainin anadan olmasının 580 illiyi və Yunus Əmrənin vəfatının 700 illiyinə həsr olunmuş “Şərqin ulduzları” adlı konfrans keçirib. Tədbirdə Qazaxıstan Parlamenti Senatının sədri Maulen Aşimbayev, Beynəlxalq Türk Akademiyasının prezidenti Darxan Kıdırali, deputatları, diplomatik korpusun rəhbərləri, şair və yazıçılar, ictimai nümayəndələr iştirak ediblər. Tədbir çərçivəsində akademiya tərəfindən nəşr olunan Nizami Gəncəvinin, Əlişir Nəvainin və Yunus Əmrənin kitablarının təqdimatı olub.