NİKOL PAŞİNYAN AZƏRBAYCANLA SÜLH SAZİŞİ İMZALAMAĞA HAZIRDIR

Cənub Qafqazda sülhün və sabitliyin əsas təminatçısı olan Azərbaycan, Brüssel görüşündən sonra əldə olunan nəticələrin yerinə yetirilməsinə çalışır. Lakin təəssüf ki, erməni cəmiyyətində ancaq cibini güdən müxalif qrup proseslərə kölgə salmağa çalışır. Məhz bu məqsədlə bir müddətdir İrəvanın mərkəzi Nikol Paşinyanın istefası ilə bağlı şüarlar səsləndirən kütlənin podiumuna çevrilib. Lakin Ermənistan hökuməti müxalifətdən fərqli olaraq, Azərbaycanla sülh sazişinin imzalanmasının onların bir növ xilas yolu olcağının fərqindədir. Elə bu məqsədlə hər iki ölkənin xarici işlər nazirlərinin telefon danışıqları nəticəsində razılıq əldə olunub və sözügedən razılaşmanın nəticələri yerinə yetiriləcək.