NATO-NUN BAŞ KATİBİ: AZƏRBAYCANA MİNNƏTDARIQ

Əfqanıstandakı hava limanının təhlükəsizliyinə göstərdiyi dəstəyə görə Azərbaycana minnətdarıq. Qafqaz TV “TRT Haber”ə istinadla bildirir ki, bu sözləri NATO-nun Baş katibi Yens Stoltenberq jurnalistlərə açıqlamasında deyib. Baş katib qeyd edib ki, təxliyələr üçün gün ərzində fasiləsiz olaraq işlər görülür. “Türkiyə bu mövzuda mühüm rol oynayır. Xüsusilə Türkiyə, ABŞ və İngiltərəyə Kabildəki hava limanının təhlükəsizliyində vacib rol oynadıqlarına görə təşəkkür edirəm. Azərbaycana da hava limanının təhlükəsizliyində göstərdiyi dəstək üçün minnətdarıq”.