NARKOMANİYAYA QARŞI BİRLİKDƏ BİLGİLƏNƏK
	
		
		
		
		
				
		
	
						
	
		
		
					
	
	
	Baxış sayı: 729
			
	
        
		
			
		
		
	
	
		Rahid Hacıyev tələbədir. Boş vaxtlarında dostları ilə maraqlı gün keçirməyi sevən Rahidin ən çox önəm verdiyi daha çox bilgilənməkdi.  Rahid deyir ki, elmi bilgilərlə bərabər gənclər sağlıqlı gələcək uğrunda da bilgilənməlidirlər. Sağlıqlı gələcək uğrunda təşkil edilən bilgiləndirici tədbirlərdən biri də narkomaniyaya qarşı  mübarizə tədbirləri çərçivəsində keçirilən seminarlardır. Narkomaniyaya qarşçı mübarizə tədbirləri çərçivəsində gənclərlə keçirilən görüşlərdən biri də Quba Dövlət Sosial-İqtisad kollecində təşkil edildi. Görüşdə Azərbaycan Respublikası Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının işçi qrupu ilə “Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə Quba rayon komissiyası”nın, eləcə də “Müsadirə edilmiş narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının məhvetmə komissiyası”nın üzvləri və gənclər iştirak etdilər. 
    
        
                    
            
	
	
				
				
		
	
	
				