MƏRKƏZİ ASİYADA AZƏRBAYCANIN TURİZM POTENSİALI TANIDILIR

Azərbaycan stendində ölkəmizin, o cümlədən işğaldan azad olunan ərazilərin turizm potensialı, yeni turizm məhsulları və istiqamətləri haqqında geniş məlumat verilir. Tədbirdə çıxış edən Azərbaycan Turizm Bürosunun Baş icraçı direktoru Florian Zenqstşmid Qazaxıstanın Azərbaycan üçün əsas turizm bazarlarından biri olduğunu deyib.