MƏKTƏBLİLƏR HEYDƏR ƏLİYEV İLİNƏ BELƏ HAZIRLAŞIR

Azərbaycan Respublikası Şəhid ailələrinə “Qayğı” Cəmiyyətinin Quba

şöbəsinin təşkilatçılığı ilə ulu öndər Heydər Əliyevin 100 illik yubileyi ilə əlaqədar Qubanın Qələdüz ümumi orta məktəbinin həyətyanı sahəsində abadlıq və yaşıllaşdırma işləri görülüb. Habelə məktəbin həyətinə gül kolları əkilib. Daha sonra məktəblilər Ümumilli Liderə həsr dilmiş şerlər səsləndirib və məktəbin həyətində şagirlər tərəfindən xalqımızın Ümummilli lideri Heydər Əliyevin anadan olmasının 100 illiyi münasibəti ilə hazırlanmış  şəkil və eksponatlarla tanış oldular. Təbiətin mühafizəsi, ekoloji vəziyyətin yaxşılaşdırılması xalqımızın ümummilli lideri Heydər Əliyevin çoxşaxəli fəaliyyətinin mühüm tərkib hissəsi olub. Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu ekoloji siyasət Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilərək ölkəmizdə ətraf mühitin mühafizəsi və ekoloji təhlükəsizliyin təmin edilməsi istiqamətində ardıcıl tədbirlər həyata keçirilir. Belə aksiyaların keçirilməsində əsas məqsəd ölkəmizdə ekologiyanın qorunması və ətraf mühitin sağlamlaşdırılmasına hər zaman böyük əhəmiyyət vermiş ulu öndər Heydər Əliyevin əziz xatirəsini yad etmək, Ümummilli Liderin yaşıllaşdırma ənənələri irsini davam etdirmək, məktəblilər arasında ekoloji mədəniyyəti, təbiətə olan qayğı hissini təbliğ etməkdən ibarətdir.

{youtube}vvCioyEGHBU{/youtube}