MÜSLÜM MAQOMAYEVİN HEYKƏLİ UCALDILACAQ

Görkəmli bəstəkar SSRİ xalq artisti opera və estrada müğənnisi Müslüm Maqomayev 17 avqust 1942-ci ildə Bakı şəhərində anadan olub.İlk dəfə 14 yaşında dənizçilər kulubunda çıxış edib.

19 yaşında Helsinkidə gənclər festivalında, 1963-cü ildə Moskvada keçirilən Azərbaycan mədəniyyəti günlərində uğurlu çıxışları ilə şöhrət qazanmağa başlayıb. 1971-ci ildə Qırmızı əmək bayrağı və Xalqlar dostluğu ordeni ilə təltif edilmiş və SSRİ xalq artisti adını almışdır. Müslüm Maqomayev 25 oktyabr 2008-ci ildə vəfat edib. Bakıda birinci fəxri xiyabanda dəfn edilib . Bu il Prezident İlham Əliyevin imzaladığı sərəncamla Müslüm Maqomayevin Abidəsi Bakı şəhəri Dənizkənarı Milli parkında ucaldılacaq. Abidənin müəllifi Görkəmli Xalq rəssamı heykəltaraş Ömər Eldarov abidənin hazırlayacağını bildirib.Abidənin üzərində Nəriman İmaməliyevlə birgə çalışacaq. Abidənin hazır olacağı vaxt hələki məlum deyil . Qeyd edək ki, abidənin hündürlüyü 2.5 m olacaq.