MÜSLÜM MAQOMAYEV MAHNILARI QAZAXISTANDA SƏSLƏNDİRİLDİ

“Mezzo” qrupu müğənninin 22 mahnısından ibarət konsert təşkil etdi. Oktyabrın 16-da Jambıl adına Qazaxıstan Dövlət Filarmoniyasında bu ölkənin tanınmış “Mezzo” qrupunun konserti baş tutdu.

“Sən mənim melodiyamsan” (Ты моя мелодия) adlı konsert Azərbaycanın bənzərsiz səsə sahib ifaçısı Müslüm Maqomayevin ən sevilən mahnılarından təşkil olunub. Bu günkü konsert proqramına Müslüm Maqamayevin repertuarından 22 mahnı daxil edilib.sözügedən konsertdə Müslüm Maqamayevin repertuarına müraciət olunmasının məqsədi böyük sənətkara sevgilərini ifadə etmək, həm də xalqlarımız arasındakı mənəvi, mədəni bağları yaşatmaq istəyi daşıyır.Qrupun üzvlərinin sözlərinə görə Almatı da baş tutan konsertin bütün biletləri iki həftə əvvəl tamam satılıb. Bu da onu göstərir ki, Almatı tamaşaçısı üçün də, Müslüm Maqamayevin yaradıcılığı çox doğma və seviləndir.Xatirladaq ki ,2012-ci ildə yaradılan və 4 istedadlı gəncdən ibarət “Mezzo” klassik krossover musiqi üslubunda çıxış edən məşhur vokal qrupudur..