MÜSAİD ÜZVLƏRİ "QAFQAZ TV" - DƏ OLDULAR

Qubanın Alpan kəndində həm birinci Qarabağ, həm də Vətən Müharibəsi şəhidlərinin adlarının əbədiləşdirilməsi üçün ucaldılan xatirə kompleksinin açılış mərasiminə qatılan Türkiyənin Müstəqil Sənayeçi və İş Adamları Dərnəyinin üzvləri, yəni Müsaid üzvləri Qafqaz televiziyasında da qonaq olublar. Qonaqların Televiziyaya gəlişi tanışlıq məqsədi daşıyıb. Televiziyanın rəhbəri Eltən Qədimbəyli qonaqlara “Qafqaz TV” nin gördüyü işlər barədə geniş məlumat verdikdən sonra, qonaqlar televiziyanın fəaliyyəti ilə yaxından tanış olması üçün, iş və çəkiliş otaqlarını gəziblər.